“ƏDVGeriAl” innovativ layihəsinə başlanmasından 1 il ötür.
Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib.
İqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən bu layihəyə ictimaiyyət arasında böyük maraq var. Layihənin başlamasından indiyədək vətəndaşlara 70 milyon manatdan çox vəsait qaytarılıb.