Azərbaycan hava əlaqələri üzrə Kanadadan 281 min manatlıq konsultasiya alacaq

Dövlət Turizm Agentliyi hava əlaqələrinin qiymətləndirilməsi üçün IATA ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, Dövlət Turizm Agentliyi Azərbaycanın əsas və perspektiv turizm bazarları üzrə hava əlaqələrinin qiymətləndirilməsi və müvafiq bazar imkanlarının müəyyənləşdirilməsi məqsədilə beynəlxalq konsultasiya xidmətlərinin satın alınmasını yekunlaşdırıb.

Satınalma müqaviləsi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (“International Air Transport Association” — IATA) ilə imzalanıb.

Müqavilənin ümumi maliyyə dəyəri 280 min 840 manat təşkil edir.

Qeyd edək ki, IATA — International Air Transport Association (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Kanadada yerləşən beynəlxalq aviasiya qurumudur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər