“Suyun üzərində qalmağa nə qədər çox səy göstərirsinizsə, bir o qədər sürətlə dibə gedirsiniz. Batmağa çalışdıqda (yaxud daha dərinə üzməyə cəhd etdikdə) suyun səthinə yüksəlirsiniz, su inanılmaz bir qüvvə ilə sizi sanki yuxarı dartır. Nəfəsinizi tutub saxlamaq istədikdə isə istəmədən ciyərlərinizi bütünlüklə hava ilə doldurursunuz. Bu zaman yada qədim müdrik bir deyim yada düşür: “Ruhunu xilas etməyə çalışan onu itirməyə məhkumdur”. Özünüzü nə qədər təhlükədən uzaqlaşdırmağa çalışsanız, bir o qədər çox təhlükə ilə üzləşməli olursunuz.
Əks cəhd qanununu araşdırmış çinli alim Lao-Çzı belə bir nəticəyə gəlmişdi: “Həqiqəti dərk etmək üçün bilikdən imtina etmək lazımdır və insanların böyük səylə doldurmağa çalışdığı boşluqdan daha dolu və güclü heç də yoxdur.