“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq hökumətə təqdim edilib”.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
S.Məmmədov bildirib ki, yolun ödənişli olması üçün xüsusi aparat və turniketlər quraşdırılacaq:
“Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək. İşlərin görülməsi həmin şirkətə həvalə olunacaq”.
AAYDA sədri qeyd edib ki, yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək.
©Modern