10 C
Baku
Thursday, December 12, 2024

Ələt-Hacıqabul yolu yenidən tikilməlidir

“Bu ilin iyun ayının sonuna qədər Xırdalan şəhərinin mərkəzi yollarının yenidən qurulmasını başa çatdırmağı düşünürük. İşlərin vaxtında bitməsi hava şəraitindən çox asılıdır”.

Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O, həmçinin əlavə edib ki, 2020-ci ilin sonuna qədər Bakının Hövsan qəsəbəsinin əsas yollarının təmirinin başa çatdırılması nəzərdə tutulub.

Bundan başqa, sədrin sözlərinə görə, bəzi yollar yenidən tikilməlidir: “Ələt-Hacıqabul yolu 12 ildir istifadəyə verilib. Amma onun tikintisinə 1996-cı ildən başlanıb. Bu isə artıq 24 il deməkdir. Bu yol artıq yenidən tikilməlidir. Çünki hər bir yol tikiləndə qarşıdakı 10 il üçün nəzərdə tutulur”.

©Report

Son xəbərlər
Digər xəbərlər