23 C
Baku
Tuesday, April 23, 2024

Əlcəzair hökuməti Azərbaycanla enerji əməkdaşlığına dəstək göstərəcək

Əlcəzairin Baş naziri Aymin Benəbderəhman energetika naziri Pərviz Şahbazovu qəbul edib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Əlcəzairlə hərtərəfli, o cümlədən enerji əməkdaşlığının inkişaf etdirilməsinə Azərbaycan Prezidenti tərəfindən xüsusi diqqət yetirilir.  Bu səfər çərçivəsində aparılan ikitərəfli müzakirələr və neft-qaz sahəsində imzalanan əməkdaşlıq sənədi məhz bu siyasətin həyata keçirilməsinə xidmət edir.

Görüşdə Azərbaycan ilə Əlcəzairin iqtisadi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb və bu sahədə irəliləyişlərə nail olmaq üçün Əlcəzair hökuməti tərəfindən zəruri dəstəyin göstəriləcəyi qeyd edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər