15 C
Baku
Friday, April 26, 2024

Əli Əsədov 9 ay əvvəl verdiyi qərarda dəyişiklik etdi

Nazirlər Kabinetinin “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərarında dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarın qəbul edilməsi ilə iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq malları ilə təchizatı üzrə stabilliyin qorunub saxlanılması proqnozlaşdırılır.

Dəyişiklikdən sonra gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların siyahısı belə olacaq:

  • Qatılaşdırılmış və ya şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilmiş süd və qaymaq (milk shake və sundae istisna olmaqla);
  • Unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin; buğda özü (08-ci qrupdakı məhsullardan narın və qaba üyüdülmüş un və toz, qarğıdalı nişastası istisna olmaqla);
  • Xırdalanmış və ya xırdalanmamış soya paxlaları; xırdalanmış və ya xırdalanmamış günəbaxan toxumları; toxumluq və digər pambıq toxumları; xardal toxumlarından başqa, yağlı bitkilərin toxumlarından və ya barlarından narın və qaba üyüdülmüş un; əkin üçün şəkər çuğunduru toxumları; qarayonca toxumları; üçyarpaq yonca toxumları; tərəvəz bitkilərinin toxumları; digər bitkilərin toxumları; emal olunmamış, xırdalanmış və ya xırdalanmamış, üyüdülmüş və ya üyüdülməmiş, preslənmiş və ya qranullar şəklində taxıl samanı və küləşi; qranullaşdırılmış və ya qranullaşdırılmamış şalğam, pazı (yarpaq çuğunduru, manqold), yem meyvəköklüləri, ot, qarayonca, yonca, qəpikotu, yem kələmi, acıpaxla və ya lupin, lərgə və analoji yem məhsulları;
  • Bitki piyləri və yağları və onların fraksiyaları (pambıq yağı istisna olmaqla);
  • Yeyinti sənayesinin qalıqları və tullantıları; heyvanlar üçün hazır yem (digər başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən, qranullaşdırılmış və ya qranullaşdırılmamış heyvan yemi üçün istifadə edilən bitki mənşəli məhsullar, bitki tullantıları və qalıqları və əlavə məhsullar, pərakəndə satış üçün qablaşdırılmış it və ya pişik yemləri istisna olmaqla).

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər