15 C
Baku
Wednesday, April 24, 2024

Əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin elektron informasiya bazası yaradılır. 

Nazirlikdən APA-ya verilən məlumata görə, informasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək. 

Məlumatda bildirilir ki, 2015-ci ilin dekabr ayından etibarən ölkədə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından, yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış vətəndaşların da məlumatları toplanacaq.  

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər