15 C
Baku
Friday, March 29, 2024

Əmək bazarında hiyləgərlik sxemləri

Təəssüf ki, həmişə elə insanlar tapılır ki, başqalarının zəhməti sayəsində haqsız yerə varlanmaq və qazanmaq istəyirlər. Əmək bazarı da bu baxımdan istisna deyil. İş axtaranlar gərək diqqətli olsunlar ki, belə bir dolaşıq dövrdə fırıldaqçıların qarmağına ilişməsinlər.

Əvvəlcədən alınan pullar

Çox zaman insafsız və vicdanı təmiz olmayan işədüzəltmə kompaniyaları iş axtaran şəxslərdən müxtəlif üsullarla pul çəkməyə çalışır, lakin işədüzəlmə ilə bağlı heç bir təminat vermir və heç bir sənədə imza atmırlar. Mahiyyət etibarı ilə iş axtaran özü könüllü şəkildə heç bir məcburiyyət olmadan pullarını təqdim edir və buna görə sonda heç bir iddia irəli sürmək imkanı olmur. Sizə guya ki, iş haqqında daha yaxşı məlumatlı olmaq üçün hər hansı bir məhsulu almaq və ya müəyyən sənədin rəsmiləşdirilməsini ödəməyi təklif edə bilərlər, işə tapmaq ehtiyacında olan namizədlər isə belə bir vəziyyətdə hətta adi bir saman çöpündən də yapışmağa hazır olduqları üçün, hər hansı aldanmaq təhlükəsini ümumiyyətlə duymurlar.

Həmçinin iş axtaranlardan işə düzəlmək üçün müəyyən haqq istəyə bilərlər (məsələn ilk ayın əməkhaqqısının 15-50%-i qismində). Bu işlə nəinki işədüzəltmə agentlikləri, həm də fiziki şəxslə məşğul olurlar. Azərbaycan qanunvericiliyində isə bu kimi halların qarşısını almaq üçün xüsusi qanunlar nəzərdə tutulmur, bu da iş axtaranları təhlükədə qoyur. İşədüzəltmə agentliyi sizin namizədliyinizi bir neçə şirkətə təqdim etməklə sizi kömək edə bilər, amma buna konsultasiya xidmətlərinə görə haqq almaq düzgün deyil.

Diqqətli olun və yadda saxlayın ki, özünə hörmət edən heç bir kompaniya namizəddən pul istəməz. Əgər siz həmin kompaniyanın və ya agentliyin dürüstlüyünə şübhə edirsinizsə, internetdə onun haqqında informasiya axtarın və insanların feedback-lərini (rəylərini) oxuyun.

Haqqı ödənilməyən əmək

Eyni bir vəzifəyə daima işçi götürülməsi – bu da vicdansız iş adamlarının tətbiq etdiyi bir praktikadır. Onlar sonsuz şəkildə müsahibələr keçirir və namizədlərdən sınaq müddətinə işləməyi və ya sınaq tapşırığını həyata keçirməyi tələb edirlər.

İlk baxışda məntiqi görünür – bir çox peşə vardır ki, bu zaman sadəcə özün haqda məlumat vermək sənin həmin işi yerinə yetirə biləcəyini sübut etmir. Və həmin iş üçün kifayət qədər səriştəli olduğunu göstərmək üçün bacarıqlarını praktikada nümayiş etdirmək lazım gəlir. Əsasən isə bunlar yaradıcı peşələrin təmsilçilərinə aiddir: dizaynerlər, kopirayterlər, jurnalistlər, həmçinin İT sahəsinin təmsilçiləri bu faktor ilə rastlaşa bilərlər. Belə götürək ki, sizə 15 00 simvoldan ibarət iki ədəd mətni kompüterdə yazmağı həvalə edirlər, guya ki, yazı qabiliyyətinizi yoxlayırlar. Əgər belə bir tapşırığı daha 20 namizədə versələr, bu artıq 40 mətn deməkdir. bu halda işəgötürənin rəyini müəyyən etmək olduqca çətindir. Amma yenə də sizin işinizə internetdə bu barədə verilən rəylər çata bilər. İnsanların həmin iş yeri haqqında hansı fikridə olması ilə maraqlanın. Həmişə potensial işəgötürən haqqında mümkün qədər çox məlumat əldə etmək tövsiyə olunur.

Gəldiyinizə görə çox sağ olun

Bəzi kompaniyalar daima vakansiyaları açıq saxlayır və namizədləri müsahibəyə dəvət edirlər, amma müsahibədən sonra həmin şəxsə yenidən zəng etmirlər.

Amma bu o demək deyil ki, siz vakansiya uyğun deyilsiniz. Kompaniya özü üçün sadəcə potensial əməkdaşlar bazası yara bilər, gələcəkdə dəyərli əməkdaşların işdən çıxdığı halda yeni işçinin seçimi daha asan həyata keçsin deyə.

Belə bir sxemi müəyyən etmək olduqca çətindir. Böyük bir heyətə sahib bir çox böyük şirkətlərdə daim açıq vakansiyalar mövcuddur, lakin onların bu sxemlə işlədiklərini əminliklə təsdiq etmək olmaz. Ən pis halda siz sadəcə vaxt itirəcəksiniz, amma buna baxmayaraq müsahibədən keçmək üçün təcrübənizi də artıracaqsınız.

Sayıq olun və ilk növbədə sizdən təlim və ya hansısa xərclər üçün pul ödəməyinizi, yaxud onların hər hansı bir məhsulunu almağınızı tələb edən işəgötürənlərdən uzaq olun.

Son xəbərlər
Digər xəbərlər