8 C
Baku
Tuesday, March 19, 2024

Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydaları dəyişib

Nazirlər Kabineti əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydalarına dəyişiklik edib.

Banker.az xəbər verir ki, bu barədə sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişiklik “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında”, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında”, “Azərbaycan Respublikası DİNnin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi haqqında”, “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” və “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” qərarlarda öz əksini tapıb.

Dəyişikliklər aşağıdakı kimidir:

1. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavə – “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 36-cı hissəsinin yeddinci abzasında “uşaq müəssisələrinə” sözləri “təhsil müəssisələrinə” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 1-ci bölməsinin onuncu abzasının ikinci cümləsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə”nin 23- cü hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər”inin 17-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin. 5. “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. adında, 5-ci hissəsində, 6-cı hissəsinin birinci və ikinci abzaslarında, 7-ci hissəsinin birinci və dördüncü abzaslarında, 8-ci (hər iki halda) hissəsində, 9-cu hissəsinin birinci abzasında ismin müvafiq hallarında “uşaq müəssisələri” sözləri ismin müvafiq hallarında “təhsil müəssisələri” sözləri ilə əvəz edilsin; 5.2. 3-cü hissədə “uşaq müəssisəsi” sözləri “təhsil müəssisəsi” sözləri ilə və 4-cü hissənin ikinci abzasında “uşaq müəssisəsində” sözləri “təhsil müəssisəsində” sözləri ilə əvəz edilsin; 5.3. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Uşaq bağçalarının nümunəvi ştatı”nın “Qeydlər”inin 8-ci hissəsində “uşaq müəssisəsinə” sözləri “təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin; 5.4. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Körpələr evi – uşaq bağçalarının nümunəvi ştatları”nın “Qeydlər”inin 10-cu hissəsində “uşaq müəssisəsinə” sözləri “təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin.

Son xəbərlər
Digər xəbərlər