1 C
Baku
Saturday, December 14, 2024

Əməkhaqqı kartları azalır, kredit kartları artır

Azərbaycanda plastik kartların sayı 8 milyona qədər çatması üçün cəmi 145 min ədəd qalıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 1 aprel 2020-ci il tarixinə olan hesabatında deyilir.

Hesabatda qeyd edilir ki, ölkə üzrə plastik kartların sayı 7 milyon 855 min ədəd təşkil edib. Bu illik müqayisədə 1 milyon 231 min ədəd (yaxud 19%) artımın olması deməkdir.

Plastik kartlardan 2 milyon 754 min ədədi sosial kartlar 2 milyon 334 min ədədi əməkhaqqı kartları, 1 milyon 837 min ədədi digər və 930 min ədədi isə kredit kartları təşkil edib.

Diqqət çəkən məqam isə ölkədə kredit kartlarının sayının son bir ayda 140 min ədəd artımı, əməkhaqqı kartlarının isə 13 min ədəd azalması olub.

Son xəbərlər
Digər xəbərlər