14 C
Baku
Thursday, May 16, 2024

Əməyin Mühafizəsi üzrə Mühəndis — Norm LLC

Hazırda şirkətimizə Əməyin Mühafizəsi üzrə Mühəndis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

• Bütün işçilər, podratçılar və əraziyə yeni gəlmiş qonaqların SƏTƏM  qaydaları ilə tanış edilməsi
• Şirkətin tətbiq etdiyi “Altı qızıl qayda”nın daimi olaraq tətbiq olunmasına nəzarət
• Əməyin mühafizəsi üzrə Qanunvericilik və digər tələblərə dair məlumatı rəhbərliyə, işçilərə həmçinin potratçı və təşkilat ilə bağlı bütün tərəfləri  məlumatlandırmalıdır  və  əməl edilməsinə nəzarət etmək
• Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak etmək.
• İş yerlərində proses və avadanlıqla əlaqədar olan təhlükələrin təyin olunması, risklərin qiymətləndirilməsi və zəruri   tədbirlərinin  alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək.
• Baş vermiş  bədbəxt hadisələrin təhqiqatının aparılması,  hadisəni törədən səbəblərin müəyən edilməsi,  hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək  və   müəyyən edilmiş   səbəblərin  aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək
• Baş verə biləcək  bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək
• Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin  zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət
• SƏTƏM üzrə prosedur və təlimatların işlənib hazırlanması və tətbiqini, daxili auditlərin təşkili və həyata keçirilməsi və düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə təmin etmək
• Gündəlik sahə yoxlamalarının aparılması  və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasının təqib edilməsi
• SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsinin təmin edilməsi
• Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlərin keçirilməsi
• Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə  hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmalı

Tələblər:

• Ali təhsil
• SƏTƏM üzrə beynəlxalq sertifikat
• SƏTƏM sahəsində ən azı 3 il iş təcrübəsi
• Azərbaycan və İngilis dili
• MS Office komputer proqramı üzrə bacarıqlar

Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 10/02/2017

Son xəbərlər
 ⁠
Digər xəbərlər