2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, həmçinin elektrik avadanlıqlarının istehsalı sahələrində 203,8 milyon manatlıq məhsul istehsal olunub.
Banker.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə kompüter, elektron və optik məhsulların istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% azalıb.
Elektrik avadanlıqlarının istehsalı isə illik müqayisədə 5,4% artıb.
Dövr ərzində kompüter, elektron və optik məhsulların istehsalı sahəsində noutbuk istehsalı 23,8% azalıb. Hesabat dövründə 1 030 ədəd stolüstü kompüter yığılıb ki, bu da illik müqayisədə 56.4% kəskin azalma təşkil edir.
Elektrik avadanlıqlarının istehsalı sahəsində isə elektrik tənzimləyici cihazların istehsalı 27,6% artıb.







