Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək.

Banker.az xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudova deyib.

“Şavkat Miromonoviçə ən xoş arzularımı çatdırın. Həmçinin gələn ay onu Azərbaycanda keçiriləcək beynəlxalq tədbirdə gözləyirik”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, oktyabrın 15-də Аsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti keçiriləcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər