10 C
Baku
Thursday, December 12, 2024

Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi təyin edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli
Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum
miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az
olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə
görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci,
16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nin lisenziyası 17 may
2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi
barədə məhkəməyə müraciət olunmuşdu.

Banker.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.

Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən
Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nin ləğvedicisi təyin
edilmişdir.

Son xəbərlər
Digər xəbərlər