6 C
Baku
Sunday, December 15, 2024

Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

®Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən 25 oktyabr 2007-ci il tarixdə 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Günay Bank” ASC “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və barəsində iflas proseduruna başlanıb.

Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 24 may 2023-cü il tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

  Reyestrə daxil olma tarixi Bankın adı
1 30.07.07 ASC “XALQ”Bankı
2 30.07.07 “Azərbaycan Beynəlxalq Bankı”ASC
3 30.07.07 “ACCESSBANK” QSC
4 30.07.07 Melli İran Bankı Bakı filialı
5 30.07.07 “Azər-Türk Bank” ASC
6 30.07.07 “Bank of Baku” ASC
7 30.07.07 “Bank Respublika” ASC
8 30.07.07 “Kapital Bank” ASC
9 30.07.07 “Muğanbank” ASC
10 30.07.07 “YELO BANK” ASC
11 30.07.07 “Rabitəbank” ASC
12 30.07.07 “TURANBANK” ASC
13 30.07.07 “UNİBANK” KB ASC
14 30.07.07 Yapı Kredi Bank Azərbaycan QSC
15 07.08.07 “Expressbank”ASC
16 10.09.07 “Azərbaycan Sənaye Bankı” ASC
17 04.12.07 “Bank Avrasiya” ASC
18 04.12.07 “Paşa Bank” ASC
19 29.08.08 “Naxçıvanbank” ASC 
20 16.01.09 “AFB BANK”ASC
21 26.02.09 BANK VTB (AZƏRBAYCAN) ASC
22 28.04.09 PREMIUM BANK ASC
23 15.04.10 Bank “BTB” ASC
24 15.05.15 “Ziraat Bank Azərbaycan” ASC 
Son xəbərlər
Digər xəbərlər