10 C
Baku
Friday, December 13, 2024

Əmanətlərin Sığortalanması Fondunun maşını 13 min manata satışa çıxarılıb

Banker.az xəbər verir ki, hərracda Fonda məxsus Toyota Camry minik avtomobili satışa çıxarılır.

Hərrac addımı – ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır.

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 5 gün qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hərracda iştirak etmək istəyən şəxsin və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiq edilmiş) ərizə                və ərizəyə aşağıdakı sənədlər əlavə edilir;
göstərilmiş bank hesabına behin və iştirak haqqının köçürüldüyünü təsdiq edən sənəd;
fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.

S/N Balanssaxlayıcı müəssisənin adı Nəqliyyat vasitəsinin markası Dövlət nömrə nişanı Buraxılış ili Start qiyməti Ödəniləcək 10% beh (manatla) İştirak haqqı (manatla)
1 Əmanətlərin Sığortalanması Fondu Toyota Camry minik 10PJ319 2007 13000 1300 130
Son xəbərlər
Digər xəbərlər