10 C
Baku
Wednesday, December 11, 2024

Əmanətlərin tam sığortalanması əmlak bazarına təsirsiz ötüşməyəcək

Ekspert və Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev bank sektorunda baş verən dəyişikliklərin əmlak bazarına təsirindən söz açıb.

Bank sektorundakı problemlər əvvəlki dövrlərdə daşınmaz əmlak bazarını pul vəsaitləri ilə gidalandırırdı. Burda söhbət təkcə əmanətlərdən əmlak bazarına gedən pul vəsaitlərindən getmir. Məsələn, özəl sektorda formalaşan sərbəst pul vəsaitləri risklərə görə bank sektoruna yox, alternativlər kimi əmlak alışına, “yorğan altına” və digər istiqamətlərə yönəldilirdi. Uzun müddət qeyd edirik ki, əmlak bazarında qiymət enməsi tempini azaldan başlıca amil bank sektorundakı durumdur.
Dünən əmanətlərin sığortalanması ilə bağlı qərarın qəbul edilməsi bank sektoru üçün müsbət amildir. Eyni zamanda depozitlər üzrə hesablanan faizlərin gəlir vergisinnən azad edilməsi qərarıda qüvvəyə mindi. Gözlənilir ki, bu addım bank depozitlərinin risk və iqtisadi baxımnan investisiya aləti kimi cəlbediciliyini artıracaq. Nəticənin necə olmasını zaman göstərəcək. Depozitlər və daşınmaz əmlakların investisiya alətləri kimi qarşılıqlı rəqabəti sözsüz ki hazırda həlledici rol oynamır. Çünki bazarda hazırda digər amillərdə var.
Fevral ayında əmlak bazarında aktivlik nisbətən artmışdır. Bu aktivlik sözsüz ki, bazarın pik dövrləri ilə müqayisədə xeyli azdır.

Son xəbərlər
Digər xəbərlər