Azərbaycanda idxal-ixracla məşğul olan şirkətlərin sayı 10 mini keçib

2026-cı ildə Azərbaycanın ticarət əlaqələri saxladığı xarici ölkələrin sayı 2025-ci illə müqayisədə 2 ədəd (1.2%) artaraq 173-dən 175-ə yüksəlib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Buna baxmayaraq, xarici ticarət iştirakçılarının ümumi sayında kəskin azalma müşahidə olunub. Belə ki, xarici ticarət iştirakçılarının sayı illik müqayisədə 31% (və ya 16 539 nəfər) azalaraq 54 013-dən 37 474-ə düşüb.

Azalma əsasən fiziki şəxslərin hesabına baş verib. Xarici ticarətlə məşğul olan fiziki şəxslərin sayı 38% (16 611 nəfər) azalaraq 43 965-dən 27 354-ə enib.

Hüquqi şəxslərin sayında isə cüzi artım qeydə alınıb. Xarici ticarət iştirakçısı olan hüquqi şəxslərin sayı 0,7% (72 ədəd) artaraq 10 048-dən 10 120-yə çatıb.

Hüquqi şəxslərin tərkib hissəsinə gəldikdə isə dövlət sektoru üzrə iştirakçıların sayı 13% (21 ədəd) azalaraq 166-dan 145-ə düşüb; özəl sektor üzrə iştirakçıların sayı isə 0,9% (93 ədəd) artaraq 9 882-dən 9 975-ə yüksəlib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər