2 C
Baku
Saturday, December 14, 2024

Əmirlikdə olan sahibkar “WhatsApp” və “Skype” zənglərinə qadağanı götürməyə çağırır

Birləşmiş Ərəb Əmirliklərindən olan məşhur sahibkar və milyarder, “Al Habtoor Group” şirkətinin rəhbəri Xələf Al Habtur “WhatsApp” və “Skype” vasitəsilə zənglərə qadağının əleyhinə olduğunu bildirib.

Dubaylı sahibkar Əmirlik sakinlərinin “WhatsApp” və “Skype” vasitəsilə pulsuz zəng edə bilmələri üçün ölkənin telekommunikasiya şirkətlərini VoIP rabitə xidmətlərinin bloklanmasını aradan qaldırmağa çağırıb. Al Habtur öz müraciətində vurğulayıb ki, yerli “Etisalat” və “du” telekommunikasiya şirkətləri VoIP zənglərinə icazə verməlidirlər, çünki BƏƏ hər işdə, o cümlədən rabitə sahəsində də bir nömrəli ölkə olmağa çalışır.

Xələf Al Habtup öz videomüraciətində deyib: “Bütün dünyada insanların çoxu “WhatsApp” və “Skype” sistemlərinin imkanlarından istifadə edir, amma mənim ölkəmdə buna icazə verilmir. Telekommunikasiya şirkətləri bu imkanı bloklayırlar. Ona görə mən həmin şirkətlərin rəhbərlərindən və müdiriyyətindən xahiş etmək istəyirəm ki, bu qadağanı götürsünlər və hamının bu imkanlardan istifadə etməsinə icazə versinlər”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər