24 C
Baku
Friday, April 26, 2024

Əmlak bazarında yeni standartlar işləməlidir

Siz mənzil alırsınız!!! Bilmirsiniz təklif edilən mənzilin sahəsi necə hesablanır. Bəziləri “təmiz sahə”ni, bəziləri ümumi sahəyə divarların sahəsini əlavə edir. Elə ölkələr var ki, orda hətta mənzilin sahəsinə hətta mərtəbədəki ümumi istifadə üçün nəzərdə sahələridə salırlar (proporsiyaya uyğun).

Yaxudda mənzil alırsız və siz bilmirsiniz bu hansı sinifə aiddir. Enonomklass, Komfortklass, Biznesklass yoxsa başqa sinif? Komfortklass mənzilləri sizə Premium kimi təklif edə bilərlər. Amma sizdə aldanırsınız, çünki siz bilmirsiniz Premium klass necə olmalıdır.
Tikilən binada mənzil alırsınız, heç bilmirsiniz bu binadakı mənziliniz necə olacaq, hansı şəraitdə və keyfiyyətdə təhvil alacaqsınız. Həmişə olduğu kimi qapı pəncərəni yenisi ilə əvəz edəcəksiniz?

Bina tikiləndə söz verilmişdiki uşaq meydançası olacaq, ancaq bina tikiləndən sonra nəsə meydança gözə dəymir?
Bu hallar nə üçün baş verir və bunu aradan necə qaldırmaq olar?

Bunun çox sadə üsulu var. Yeni tikililərdə mənzil satışının standartları müəyyən edilməlidir. Bu standartlar dövlət tərəfindən müəyyənləşdirilib təsdiq edilməli və bütün tikinti şirkətləri mənzillərin satışını həmin standartlara uyğun həyata keçirməlidirlər.
Məsələn, sahə necə göstərilməli, binaların sinifi necə müəyyənləşdirilməlidir, hansı kommunikasıyalar mövcud olmalıdır.

Çox gülməli haldır ki, bizim ölkədə daşınmaz əmlakların sinifini müəyyən edən heç bir metodologiya və ya standart yoxdur. Məsələn Komfortklass bina nədir? Necə olmalıdır?

Rəşad Əliyev
Value and Sources Konsaltinq şirkəti

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər