15 C
Baku
Sunday, May 5, 2024

Əmlak Məsələləri Dövlət Xidməti icarə müqaviləsinə görə “CTC Holdinq”i məhkəməyə verdi

Əmlak Məsələləri Dövlət Xidməti “CTC Holdinq” ASC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidməti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr –  İcarə müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.

1997-ci ildə yaradılmış “CTC Holdinq” tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan ibarətdir. Holdinqə daxil olan şirkətlər aşağıdakılardır.

  • “Xızı Aqro Park” MMC
  • “Aqro Qida” MMC
  • “Xınalıq İM” MMC
  • “CTC Servis” MMC
  • “CTC İnvest” MMC
  • “MEAT DAİRY” MMC
  • “MİLK PRO” MMC
Son xəbərlər
 ⁠
Digər xəbərlər