1869-cu ilin 1 oktyabrında Vyanada dünyada ilk marka ilə poçt açıqçaları.
Markaları kolleksiyalamaq ən maraqlı xobbilərdən biridir. Belə xobbiləri olan insanlar mütəmadi olaraq görüşürlər, son tapıntılarını müzakirə edirlər. Bu məşğuliyyət asan və faydasız görünsə də əhəmiyyətli kapital yatırımı hesab edilə bilər. Çünki nadir nüsxələrin qiyməti hər il artır.
Əksər hallarda markaların bu qədər baha olmaqlarının səbəbi onun çap olunmasında buraxılan səhvlərdən ibarətdir.
Biz sizə bu məqalədə nadir poçt markalarını təqdim edirik.
Müqəddəs Qraal
Dəyəri: $2,97 milyon.
Müqəddəs Qraal (Z-Grill) – 1 sent nominallı poçt markasıdır. Onun üzərində ABŞ-ın ilk poçtmeysterinin Benjamin Franklinin rəsmi əks olunub. Həmin poçt markası 1868-ci ildə hazırlanmışdı. Bugünkü gündə aşkarlanıb ki, bu markanın cəmi 2 nüsxəsi var.
Sisiliya poçt markası
Dəyəri: $2,72 milyon.
Markanın adından da bəllidir ki, onun rəng qammasında səhv buraxılıb. Onun ilkin rəngi sarı idi, lakin hər hansısa səbəblərdən o, göy rəngdə olur. Həmin mark 1859-cu ildə buraxılmışdır. Bugünkü gündə həmin markın 2 nüsxəsi var.
Baden markı
Dəyəri: $2 milyon.
Bu poçt markası ilk dəfə Baden hersoqluğunda 1851-ci ildə buraxılmışdı.
Mavi Mavrikiy
Dəyəri: $1,15 milyon.
Mavrikiy adasında buraxılmış nadir poçt markalarından biri. O, 1847-ci ildə təsis olmuşdur və dünyada bu poçt markasından 2 sent nominallıq cəmi 6 nüsxə var.
Bütün ölkə – qırmızıdır
Dəyəri: $1,15 milyon.
Nisbətən «gənc» poçt markası 1968-ci ildə Çində yaradılmışdır. 2012-ci ilin may ayında hərracda bu poçt markası 7,3 milyon yuana satılmışdır.