23 C
Baku
Saturday, April 20, 2024

Ən bahalı polis avtomobilləri

Brabus atelyesi Dubay polisi üçün Mercedes-BenzG 63 AMG avtomobillərini təqdim edir.

Avtomobilin dəyəri 500 min dollardan çoxdur.

Biz sizə bu məqalədə ən bahalı polis avtomobillərinin siyahısını təqdim edirik.

Brabus Mercedes-Benz G 63 AMG

323908-2

Polis avtomobili 5,5 litrlik cüt turboV8 mühərriki ilə təchiz olunub. Onun gücü 544 at gücündən 700 at gücünə qədər qaldırılıb. Avtomobilin sürəti saatda 240 kilometrə çatır.

Alfa Romeo 159 Polizia

Screen-shot-2013-11-11-at-9

Avtomobilin dəyəri 45 min dollardan çox təşkil edir. 2006-ci ildə bu avtomobil İtaliya polisinin FiatMarea avtomobillərini əvəz edirlər.  Avomobili “polis maşını” kimi rəngləyirlər, səs və işıq siqnalizatorları ilə təchiz edirlər və avtomobilin güllə keçirməzliyini təmin edirlər. Bu avtomobilin maksimal sürəti saatda 240 kilometr, gücü isə 260 at gücü təşkil edir.

Jaguar XF Police

 Screen-shot-2013-11-11-at-9 (1)

Avtomobilin dəyəri 80 min dollar təşkil edir. Jaguar XF Police avtomobilləri Britaniya polisinin JaguarX-Type avtomobillərini əvəz edirlər. Avtomobilin gücü 270 at gücü, sürəti isə saatda 100 kilometr təşkil edir. JaguarXFPolice bütün ekoloji normalara uyğundur.

Avtomobillər həmçinin polis patruluna lazım olan işıq və əlaqə sistemləri ilə təchiz olunub.

BMW 530d Police

Screen-shot-2013-11-11-at-9 (2)

Avtomobilin orta dəyəri 85 min dollar təşkil edir. Bu avtomobili Britaniyanın mühafizə strukturları istifadə edirlər. Biznes sinifli sedan digər avtomobillərin fonunda seçilir. Onun  245 at gücü olan üç litrlik turbodizelli mühərriki var. Avtomobilin maksimal sürəti saatda 250 kilometr təşkil edir. Əsasən bu avtomobillər siyasi avtomobilləri və yaxud görkəmli siyasətçilərin avtomobillərini müşahidə edirlər.

Lexus IS F Police

Screen-shot-2013-11-11-at-9 (3)

Avtomobilin dəyəri 45 min dollardan çoxdur. Böyük Britaniyanın digər möhtəşəm bir polis avtomobili isə idman sedanı 5 litrlik V8 mühərriki ilə təchiz olunub. Onun gücü 417 at gücü, maksimal sürəti isə saatda 250 kilometr təşkil edir. Həmçinin avtomobil səs, əlaqə, göyərtə daxili kompüter və işıq təchizatı ilə təmin olunub.

Chevrolet Camaro Police

Screen-shot-2013-11-11-at-9 (4)

Avtomobilin dəyəri 65 min dollardan çox təşkil edir. 1998-ci ildə bu avtomobillər Chevrolet Caprice avtomobillərini əvəz edirlər. General Motorsun yeni polis avtomobilləri 5,6 litrlik V8 benzin mühərriki ilə təchiz olunublar. Avtomobilin maksimal sürəti saatda 254 kilometr təşkil edir.

2004-ci ildə Camaro Police avtomobillərinin istehsalını dayandırırlar.

Dodge Charger Pursuit

Screen-shot-2013-11-11-at-9 (5)

Avtomobilin dəyəri 30 min dollardan çox təşkil edir. Bu avtomobillər 2010-cu ildə amerika polisinə təqdim olunmuşdular. Sedan 3,6 litrlik V6 Pentastar mühərrik ilə təchiz olunublar. Avtomobilin gücü isə 253 at gücü təşkil edir.

Mitsubishi Lancer Evolution X Police

Screen-shot-2013-11-11-at-10

Avtomobilin dəyəri 67 min dollardan çox təşkil edir. Bu avtomobil xüsusi olaraq London polisi üçün  Mitsubishi şirkəti tərəfindən işlənilmişdir. Avtomobil 2 litrlik turbo DOHCMIVEC mühərriki ilə təchiz olunub. Onun gücü 300 at gücü təşkil edir.

Lamborghini Gallardo LP560-4 Polizia

Screen-shot-2013-11-11-at-9 (6) Avtomobilin dəyəri 350 min dollardan çoxdur. Bu avtomobil məşhur polis avtomobilləri arasında ən məşhur avtomobildir. Bahalı avtomobil 5,2 litrlik mühərrik ilə təchiz olunub.

Onun gücü saatda 325 kilometr təşkil edir. Həmçinin avtomobil göyərtə daxil kompüter, videokamera, radio əlaqə, polis sursatlarının saxlanılması üçün bölmə ilə təmin olunub.

Lotus Evora Police

Screen-shot-2013-11-11-at-9 (7)

Avtomobilin dəyəri təxminən 80 min dollar təşkil edir. Britaniya polislərinin digər möhtəşəm avtomobillərindən biri isə idman avtomobilidir. Bu avtomobil  3,5 litrlik V6 mühərriki ilə təchiz olunub. Onun gücü 280 at gücü, maksimal sürəti isə saatda 261 kilometr təşkil edir. Avtomobilin cəmi iki oturacağı var.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.