19 C
Baku
Wednesday, May 15, 2024

Ən bahalı saatı hansı prezident taxır?

Vaxt qızıldan qiymətlidir deyirlər. Dövlər başçılarının vaxtı isə daha dəyərlidir. Siyasi liderlərin vaxtsız verdiyi hökmlər planeti çalxalaya biləcək hadisələrə səbəb ola bilər. Bu baxından qərarları vaxtında vermək, siyasi maraqları gerçəkləşdirmək üçün münasib zamanı gözləmək olduqca önəmli şərtdir. Bəs liderlər zamanı hansı saatla izləyirlər, prezidentlər hansı saat brendlərinə daha çox üstünlük verirlər?

Azərbaycan Prezidenti İlham Əliyev adi metaldan hazırlanmış, qiyməti baha olmayan sadə saat bağlayır. Yerli kütləvi informasiya vasitələrinin birində prezident İlham Əliyevin bahalı qol saatı taxdığı ilə bağlı yanlış informasiya dərc olunanda prezidentin mətbuat xidməti məsələ ilə bağlı açıqlama verərək bildirib ki, İlham Əliyev təbiətcə təvazökar və sadə olduğuna görə həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir. Bağladığı qol saatı adi metaldan hazırlanmış, bahalı olmayan sadə saatdır.

h44b4vDLn4uf

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama da sadə saatlara üstünlük verir. Sıravi amerikalılardan seçilmək istəməyən Amerika prezidenti idman üslubunda olan “Jorg Gray 6500” saatı ilə vaxtı izləyir. Bu saatların qiyməti 200-300 dollar arasındadır.

DL6Yv7R1uG8n

Rusiya Federasiyasının prezidenti Vladimir Putin saat brendlərinə münasibətdə siyasi həmkarlarından fərqlənir. Putin öz dəyərli vaxtını qiyməti 60000 dollar olan ağ qızıldan hazırlanmış “Patek Philippe Perpetual Calendar” saatı ilə izləyir.

nygAoh4zJ9DZ

Belarus prezidenti Aleksandr Lukaşenkonun saat seçimində zövqü heç də pis deyil. Lukaşenko qiyməti 11000-dən 17000 dollar arasında dəyişən “Patek Philippe Calatrava 5120j” saatına üstünlük verir.

KecZ7B1x9DHV

Sabiq prezident, hazırda Rusiyanın baş naziri olan Dmitri Medvedev də qızıldan dəyərli vaxtını bahalı saatla izləməyə qərar verib. Baş nazirin bağladığı “Breguet Classique” saatının qiyməti 32000 min dollardır.

3Z8Uco7Xhz5F

2011-ci ildən Şimali Koreyada liderliyi ələ alan Kim Çen In öz vaxtına “Omeqa De Ville” saatı ilə nəzarət edir. Bu saatların qiyməti 10000 dollardan başlayır.

0R36nRmIE8d5

Svazilenda kralı 3-cü Mvazi böyük saat kolleksiyasına malikdir. Kral daha çox “Hublot Big Bang” saatına üstünlük verir. Nəzərə alsaq ki, 13 arvadı olan kral hər xanımına bu bahalı saat brendindən hədiyyə edib, onda xərclənən vəsaiti müəyyənlədirmək çətin olar.

9MXOsriVr24J

Vaxtın dəyərini saatın qiyməti ilə ölçməyən Polşa prezidenti Bronislav Komorovski baha olmayan sadə saatlara üstünlük verir. Polşa prezidentinin saatının qiyməti cəmisi 220 dollardır.

nis4O0a0mx8r

Qazaxıstan prezidenti Nursultan Nazarbayev dəyərli vaxtına dəyərli saatla nəzarət edir. Prezidentin daha çox üstünlük verdiyi “Breguet Classique” saatının qiyməti 50000 dollardan başlayır.

b6S476N2jium

Sarkozidən fərqli olaraq Fransa prezidenti Fransua Ollandın zaman göstəricisi olan “Swatch” saatının qiyməti ucuzdur – cəmi 120 avrodur.

c5NReb6feeYZ

Ukraynanın sabiq prezidenti, dəbdəbəli həyat tərzini sevən Viktor Yanukoviç sona çatmayan qalmaqallı prezidentlik dövrünü 8000 dollar qiyməti olan “Blancpain” saatı ilə izləyib. Yanukoviçin digər bir saatı isə məxsusi olaraq hazırlanıb. Həmin saatın içərisində Regionlar Partiyasının loqotipi əks olunub. Ukrayna mətbuatının yazdığına görə, bu saatın hazırlanmasına külli miqdarda vəsait – 160000 dollar sərf olunub.

VSL3Jr0dBZUf

 

Modern.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər