Adətən insanların qoyduğu parollar çox sadə olurlar. Bu məlumat, Böyük Britaniyanın kibertəhlükəsizlik Mərkəzinin keçirtdiyi sorğunun nəticələri ilə bir daha təsdiq olunub.
Banker.az xəbər verir ki, bu məlumatlara əsasən, ən geniş yayılmış parol “123456” -dır (23,2 milyon istifadəçi). Sonrakı sıraları “123456789” (7,7 milyon), “qwerty” (3,8 milyon), “password” (3,6 milyon) və “1111111” (3,1 milyon) parolu durur.
Xakkerlərin asanlıqla qıra biləcəyi parollar bunlardır:
123456 – 23,2 milyon
123456789 – 7,7 milyon
Qwerty – 3,8 milyon
Password -3,6 milyon
1111111 – 3,1 milyon
12345678 – 2,9 milyon
1234567 – 2,5 milyon
Password1 – 2,4 milyon
12345 – 2,3 milyon
1234567890 – 2,2 milyon
123123 – 2,3 milyon
000000 – 1,9 milyon
Iloveyou – 1,6 milyon
1234 – 1,3 milyon
1q2w3e4r5t – 1,2 milyon
Qwertyuiop – 1,1 milyon
123 – 1,02 milyon
Monkey – 980 min
Dragon – 968 min
Mütəxəssislər hərif və rəqəmlərin kombinasiyasından ibarət olan parolları yaratmağı tövsiyə edir. Respondentlərin 42%-i öz şəxsi məlumatlarının oğurlanmasından qorxurlar, 15%-i isə özlərini tam olaraq müdafiə edə biləcəyindən əmindirlər.