2020-cu ilin fevral ayına Respublika üzrə cəmi vaxtı keçmiş kreditlərin məbləği 1,247 mlrd. manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Regionlar üzrə vaxtı keçmiş kreditlərin həcminə görə ilk pillələri Bakı şəhəri, Sumqayıt və Gəncə tutur. Paytaxtda bu göstərici 1,061 mlrd manat, Sumqayıtda 37,3 milyon manat, Gəncədə 28,8 milyon manat təşkil edib. Digər yerlərdə isə 14,8 milyon manat olmaqla Lənkəran, 7,1 milyon manat olmaqla Bərdə, 5,9 milyon manat olmaqla Abşeron rayonu tutur. Respublika üzrə ən az problemli kreditlər Şərur, Lerik, Yardımlı və Xızının payına düşür.