10 C
Baku
Wednesday, December 11, 2024

Ən gözlənilməz ünsiyyət vasitələri

Bir-birimiz ilə ünsiyyət qurduqda çox vaxt davranışlarımızın səbəblərinə fikir vermirik. Bu zaman özümüzü kənardan müşahidə etsək bir çox maraqlı cəhətləri kəşf edə və niyə bu və ya digər formada danışdığımızı anlaya bilərik. Üstəlik də çox şey öyrənə bilərik.

Ünsiyyət sirlərini sizinlə də bölüşürük:

Əgər gündəlik olaraq çoxlu sayda insanla işləməyə məcbursunuzsa arxanızda güzgü yerləşdirin. Beləliklə, müştərilərin əksəriyyəti özünü daha nəzakətli şəkildə aparmağa başlayacaq, axı heç kim özünü əsəbi və qaraqabaq görmək istəməz.

Hər hansı bir yığıncaqda kimdənsə sərt tənqid gözləyirsinizsə, çalışın o insanla yanaşı oturun. Bu halda o bir qədər yumşalacaq və artıq sizdən nisbətən uzaq olduğu halda yarada biləcəyi narahatlığı yarada bilməyəcək.

Mübahisə zamanı öz pozisiyanızı bildirdikdən sonra artıq heç nə deməyin. Bu sizin xeyrinizə olmayacaq. Gözləyin və rəqibinizə sözlərinizi düşünmək və cavab vermək imkanı verin.

Əgər sizi əsəbləşdirmək qərarına gəliblərsə tələyə düşməyin və sakitliyinizi qoruyun. Bu sizin rəqibinizi çaşdıracaq və artıq o sizin qaydalarınız ilə oynamalı olacaq.

Mübahisə hallarında “sən” və yaxud “biz” sözlərindən uzaq olmağa çalışın. Bu əvəzliklər daha çox günahlandırmaq təsiri bağışlayır və çətin ki, sizə kömək etsin. Bunun əvəzinə “mən belə hesab edirəm”, “mənə elə həlir ki” ifadələrindən istifadə edin. Bu ortaq qərar tapmaq üçün yaxşı başlanğıc olacaq.

Yeni insanla tanış olduqda onun gözlərinin rənginə fikir verməyə çalışın və gülümsəyin. Bununla bir neçə saniyə ərzində göz təmasını qrouyacaq və müsahibinizdə özünüzə qarşı inam yaradacaqsınız.

İlk görüşü müsbət emosiyalar qazandıracaq bir məkanda keçirmək daha məsləhətdir. Nəticədə xoş emosiyalar sizi uzun müddət müşahidə edəcək. Yeni tanıdığınız bir insanla sağollaşdıqda isə ona adı ilə müraciət etməyiniz adi “Sağol”-dan dəfələrlə effektiv olacaq.

Son xəbərlər
Digər xəbərlər