“Sığortaya pul verməkdənsə, ehtiyac olsa özüm ödəyərəm”. Bu fikir Azərbaycanda kifayət qədər geniş yayılıb. Ancaq son aylarda baş verən hadisələr göstərir ki, riskin maliyyə dəyəri çox vaxt düşündüyümüzdən qat-qat yüksək olur.
Təkcə “PAŞA Sığorta” şirkəti iyul ayında avtonəqliyyat hadisələri üzrə 9.035.446 ₼, əmlak sığortası hadisələri ilə bağlı zərərlərə görə isə 304.392 ₼ sığorta ödənişi həyata keçirilib. Nəqliyyat hadisələrində xüsusilə qeyd ediləsi məqamlar var. Belə ki, icbari avtomobil sığortası məhdud məbləğdə təminatı qarşılayır. Məsələn, hadisələrdən birində sürücü idarəetməni itirərək daş hasara və digər avtomobilə çırpılıb, 32.000 ₼ zərər yaranıb. Digər avtomobil isə hərəkət zamanı qəfil alovlanaraq tam yararsız vəziyyətə düşüb və bu hadisə üzrə 22.355 ₼ ödəniş edilib. Üçüncü hadisədə isə qəzanı qarşı tərəf törədib və sığortalı avtomobilə 20.505 ₼ zərər dəyib.
Əksər hallarda insanlar uzun illər ərzində ödədikləri sığorta haqqından dəfələrlə artıq məbləği bir hadisə nəticəsində itirə bilirlər. Sığortaya əlavə xərc kimi deyil, planlaşdırılmamış xərclərə qarşı maliyyə ehtiyatı kimi baxmaq daha doğru yanaşmadır. Çünki risk baş verməyəndə sığortanın dəyəri görünmür, baş verəndə isə əhəmiyyəti daha aydın hiss olunur.






