6 C
Baku
Saturday, December 14, 2024

Ən güclü biznes kitablar!

1. Riçar Brenson – «Hər şeyi boş ver, bir işə başla»

Bu kitab həqiqətən də unikal bir kitabdır. Burada çox uğurlu Britaniyalı bir biznesmen istənilən hər kəsə kredit verir. Baş qəhrəman, Brensonun, fikrinə görə uğurlu biznesin əsas amilləri risk və hərəkətdir. Kitab inanılmaz dərəcədə optimistikdir və bu kitab qeyri-ənəvəvi şəkildə düşünənlər üçün «stol üstü» kitaba çevriləcək.

2. Donald Tramp – «Çərçivəsiz düşün»

Kitabın əsas ideyası uğurlu insanın diqqətini yalnız böyük məqsədlərin cəlb edilməsindədir. Bu kitabı 2007-ci ildə Donald Tramp Bill Zanker ilə birgə yazmışdı. Böyük məqsədə nail olmaq üçün fəal şəkildə çalışmaq lazımdır. Bütün biznes kitabları kimi «Çərçivəsiz düşün» kitabı da müasir biznes aləmində mövcud olan əfsanələri və illuziyaları dağıdır və həmçinin istənilən problemin həllinə yaradıcılıqla yanaşmağı öyrədir.

3. Mayster D.- «Təbliğ etdiyin ilə məşğul ol»

2006-cı ildə işıq üzü görmüş istedadlı amerikalı yazıçısının sayca dördüncü olan bu kitab gəlirli biznes strukturu necə qurmağı öyrədir. Məhsuldar idarə etmənin reseptləri hər kəsə çoxdan məlumdur və bu sahəddə sirrlər mövcud deyil. Bu fikri müəllif Mayster öz əsərində dəfələrlə qeyd edib. Bu kitab eyni anda həm faydalı, həm maraqlıdır, həmçinin fəaliyyətə yeni başlayan biznesmenlər və top- menecerlər üçün əla bir vəsaitdir.

4. Ceyson Frayd- «Rework»

Ceyson Frayd uğurlu iş adamı və 37 Signals layihəsinin təsisçisidir. Bu layihə hal- hazırda Web proqramların inkişafı və reallaşdırılması sahəsində bütün rekordları qırır. Fraydın hələ heç 40 yaşı da yoxdur və bu amil kitaba olan marağı daha da artırır. «Rework» kitabı həm yaxşı praktiki məsləhətlər verir, həm də biznes haqqında ənənəvi fikirləri dağıdır.
Uğura necə nail olmaq olar? Fraydın fikrinə görə, uğura nail olmaq üçün azadlıq əldə etmək lazımdır.

5. Mayk Mikalovits- «Büdcəsiz startap»

İlkin olaraq bu kitab arxasında varlı investorlar olmayan gələcək milyonerlər üçün maraqlı olacaq. Büdcəsiz startap – hər bir iş adamını maraqlandıran bir mövzudur. Mayk Mikalovits bütün sirrlərini bu kitabda açıqlayır.

Qeyd edək ki, Mikalovits öz ilk biznesini 24 yaşında qurmuşdu və o, büdcəsiz startap problemi ilə qarşılaşmışdı.

Son xəbərlər
Digər xəbərlər

3 ŞƏRH

Comments are closed.