“İnno Kapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasında dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, Müşahidə Şurasının üzvü Babək Orucov Nəcəfqulu oğlu vəzifəsindən ayrılıb. Onun yerinə hər hansısa təyinat baş tutmayıb.
Xatırladaq ki, “İnno Kapital İnvestisiya Şirkəti” ASC 2012-ci il iyulun 27-də “PSG-Kapital İnvestisiya Şirkəti” adı ilə dövlət qeydiyyatına alınıb. Şirkət 2025-ci ildə adını dəyişərək “İnno Kapital İnvestisiya Şirkəti” adını alıb.
Şirkətin nizamnamə kapitalı 6,25 milyon manatdır. Onun 100% səhmdarı Faiq Ağababa oğlu Məmmədovdur







