13 C
Baku
Friday, March 29, 2024

Ən perspektivli kriptovalyutaların Top 10-luğu

Bazar günü bitkoinin qiyməti 9 min dolları aşaraq bir illik maksimumuna çatdı. CoinMarketCap-ın verdiyi məlumata görə, aparıcı kriptovalyuta 2018-ci il 10 may tarixindən etibarən 9324 dollar qiymətinə qalxıb.

Qeyd edək ki, ötən ildə bitkoin və digər kriptovalyutaların qiymətində kəskin azalma müşahidə olunub. Lakin, hal-hazırda vəziyyət dəyişir. İnvestorların fikrincə, rəqəmsal valyutaların qiymətinə müsbət təsir göstərən əsas amillərə ABŞ və Çin arasında gedən ticarət müharibəsi, Facebook şirkətinin öz kriptovalyutasını buraxmaq planları və institusional dəstəkdir.

Ümumilikdə bazarda bir neçə perspektivli kriptovalyuta var, onlar yüksək dəyişkənlik və sahə xəbərlərindən asılılıqla xarakterizə olunurlar. Bu səbəbdən il ərzində qüvvələr balansı dəyişə bilər.

1. Bitcoin

Həftə ərzində bitkoin 15%-dən çox artıb. Son gün ərzində BTC-nin ticarət həcmi 23 milyard dolları aşıb, bitkoinin dominantlıq indeksi isə 57,4% çatıb. Hal-hazırda bitkoinin qiyməti 9296 dollardır.

CoinMarketCap resursunun verdiyi məlumata görə, 2018-ci ilin mayında bazarın ən böyük şifrli valyutasının dəyəri 9 min dollar təşkil edib.

Qiymətin artmasına gətirib çıxaran amillər hələ də müəyyən edilməyib. İlin əvvəlindən bitkoinin dəyəri 140% artıb. Bunun əsas səbəbi kimi Facebook şirkətinin öz kriptovalyutasını buraxmaq niyyətində olduğunu açıqlaması göstərilir.

2. Binance Coin

Ötən ilin dekabrından əsas kriptovalyutalardan biri olan bitkoin 330% artaraq 17,4 dollar qiymətinə çatmışdır. Rəqəmsal valyuta bu cür yüksək göstəricilərə iki ildən az olan bir müddətdə nail olmuşdur, bunun əsas səbəbi Binance birjasının aktiv inkişafı olub.

Ekspertlərin fikrincə, bitkoin sərmayə yatırımı ən yaxşı kriptovalyutalardan biridir. Artma səbəbləri: Binance birjasının sürətli inkişafı, IEO platformasının və blokçeyn şəbəkəsinin işə salınması. Sikkənin kapitallaşması 3 milyard dollara qədər artaraq, kriptovalyuta reytinqində 7-ci yer tutur.

BNB virtual sikkənin əsas məqsədi Binance birjasında koin ticarətini təşkil etməkdən ibarətdir. Binance Coin tokenindən istifadə edərək, komissiya xərclərini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.

Qeyd etmək lazımdır ki, Binance birjasında siz  VISAMastercard ödəmə sistemlərindən istifadə etmək mümkündür.  

3. Enjin Coin

ENJ oyun sənayesinə yönəlmiş kriptovalyutadır. Layihənin əsas vəzifəsi Ethereum blokçeyni əsasında elektron kommersiya sistemini yaratmaqdır.  

Enjin Coin virtual əmtəələri almaq və bitkoin, Litecoin, Ethereum, ERC20- və ER1155 tokenləri ilə işləmək üçün nəzərdə tutulub. Enjin komandasının məqsədi – oyun və oyunçular üçün ən faydalı kriptovalyuta yaratmaqdır. Sikkələrdən başqa Enjin proqram təminatını da istehsal edir.

Enjin -nin əsas üstünlüklərindən biri də təhlükəsizlik səviyyəsinin yüksək səviyyəsidir.

4. Ardor (ARDR)

Ardor “blokçeyn xidmət kimi” (BAAS) biznes-modeli üzərində işləyir və bu, şirkətlərdə maraq oyadır.

Ardor müəssisələrə blokçeyn texnologiyasını tətbiq etmək imkanını verir. Layihə dünya üzrə milyonlarla müəssisəyə xidmət göstərmək potensialına malikdir.

2019-cu il üçün Ardor bir sıra tədbirlər keçirməyi planlayır,  bu, Ardor-un bazardakı mövqeyini daha da möhkəmləndirəcək.

5. Holochain (HOT)

Holochain (HOT) blokçeynin alternativ variantıdır, desentralizasiya etmiş tətbiqlərin (dApps) yaradılması üçün platforma təklif edir.

Holochain sistemi miqyas məsələlərini həll edir və ictimai blokçeyni hər dəfə yenidən yeniləmək lazım olmur. Hər bir agentin öz blokçeyni olur, hansıki unikal kriptoqrafik açarla əlaqəli olur.

Eyni zamanda, Holochain-də mayninq yoxdur, ona görə də elektrik enerji xərci olduqca aşağıdır.

6. EOS

EOS sikkəsi 2017-ci il 26 iyun tarixində satışa buraxılıb. EOS dApps tətbiqini tərtib etməyə imkan verir, bütün bunlar EOS. IO platforması üzərində həyata keçirilir. Ripple, EOS. IO saniyədə milyonlarla tranzaksiya həyata keçirə bilər.

EOS texnoloji baxımdan Ethereum və ya Bitcoin kimi kriptovalyutalardan üstündür. EOS bir il ərzində keçirilən ICO-dan 4 milyard dollar cəlb edib.

7. Ravencoin (RVN)

Uzun müddət idi ki Ravencoin kriptovalyutası haqqında heç kimin məlumatı olmayıb. Lakin son aylarda RVN bazarda kəskin artım göstərir ki, bu da investorların diqqətini cəlb edir. Ravencoin – bir ranqlı pirinq (peering) şəbəkəsidir, tokenləşdirilmiş aktivlərin yaradılması və mübadiləsi üçün nəzərdə tutulub.

Şəbəkənin öz blokçeyni yoxdur, kriptovalyuta bitkoinin forku kimi yaradılmışdır. 2019-cu ilin yazı RVN üçün çox uğurlu olub. Cəmi bir neçə həftəyə kapitallaşma 90 milyondan 200 milyona qədər artdı və kriptovalyuta CoinMarketCap reytinqində 32-ci yerə yüksəldi.

8. BAT

BAT blokçeyn layihəsi (Basic Attention Token) bazar iştirakçılarının marağını çəkərək, mart ayında token qiymətinin 30% artmasına imkan verdi. Bunun əsas səbəbi Brave brauzeri olmuşdur.

Digər amillərə Reddcoin layihəsi aid olunur (sosial şəbəkələrdə fərdi indentifikatorların yaradılması üçün nəzərdə tutulmuş platforma).  

Analitiklərin fikrincə, bu kriptovalyuta kifayət qədər perspektivlidir, lakin bunun üçün istifadəçilər Brave brauzerindən istifadə etməlidirlər.

9. Waves

Perspektivli rəqəmsal valyutalardan biridir. Waves – Rusiya sahibkarının layihəsidir. Güclü bir komanda və çox saylı imtiyazlarla birlikdə, investisiya üçün perspektivli bir valyuta əldə edirik. 2019-cu ilin sonuna qədər Waves-in qiyməti 40 dollar təşkil edəcəyi proqnozlaşdırılır.

10. Ripple

2017-ci ilin dekabrından 2018-ci ilin yanvar ayında qədər Ripple-in qiyməti 10 dəfə artıb.

Ötən ilin mayında Almaniyanın Börse Stuttgart birjası Litecoin və XRP rəqəmsal valyutalara bağlı olan birja notlarının listinqinə “icarə verdi”.

Lakin XRP üçün pozitiv məqamlar tək bununla sona yetmir. ABŞ-ın aparıcı kriptovalyutası olan Coinbase xəbər verdi ki, XRP alış-veriş, saxlama satışı və tranzaksiya üçün əlçatan olub.

Ripple tam olaraq kriptovalyuta sayılmır, çünki burada mərkəzləşmə var. Lakin belə layihələrin sayı olduqca azdır. Ripple rəqəmsal valyutanın əsas üstünlüyü onun banklara yönümlü olmasıdır. Bu gün onun əməkdaşları sırasında Abu-Dabi parkı, UBS və Santander daxildir.




Son xəbərlər
Digər xəbərlər