Dünyanın ən qədim saxta pulları bizim eradan əvvəl VI əsrdə Yunanıstanın Egina adasında gümüş sikkələrin oxşarlarının hazırlanması ilə yaranmışdır. Saxta sikkə gümüş örtüklü misdən və yüksək texniki hazırlıqla hazırlanmışdı. Həmçinin bu zaman çəkinin azaldılması üçün kənarlarından parçalar qopardılmış sikkələr də məşhur idi.
Bizim eradan fərqli olaraq, bizim dövrdə saxta pulların hazırlanması ilə dövlət səviyyəsində hərbi iqtisadiyyatı qorumaq üçün istifadə edilirdi. Buna misal olaraq, Bonapartın 1812-ci ildə müharibədə saxta rus pullarından istifadə etməsini göstərmək olar.
İlk kağız pulları saxtalaşdırmaqdan qorumaq üçün onları xüsusi formada çap edirdilər və üzərlərindəki yazılar xüsusi şriftlə yazılırdı. Məsələn, Cənubi Karolinada ingilis sözlərini qədim yəhudi və qədim yunan hərfləri ilə yazırdılar.
19-cu əsrin 60-cı illərində saxta pul hazırlayan şəxslərdən onların avadanlıqlarını və materiallarını almaq geniş yayılmışdı. Amerika rəhbərliyi bir dəfə 25 min dollara bütün bir qeyri-qanuni zərbxananı satın almışdı.
Hitler öz hakimiyyəti dövründə bütün dünyanı qiymətli saxta kağızlar və valyuta ilə “zənginləşdirmişdi”. Faşizmin süqutundan sonra alman hökumətini öz ərazisində pul zərb etmək haqqından məhrum etmişdilər. 1955-ci ilə qədər ADR üçün pullar Londonda buraxılırdı.
Saxta pulların hazırlanmasına görə nəzərdə tutulmuş cəza hər zaman hər yerdə kifayət qədər ağır idi. Orta əsrlər Avropasında saxta pul hazırlayan şəxsləri ya qaynar suda qaynadır, ya da boğazına qaynar maddə tökürdülər.