5 C
Baku
Saturday, December 14, 2024

Ən qeyri-adi bank qarətləri

Banklar cinayətkar əməllər üçün əsas obyektlərdən biridir və aydın məsələdir ki, banklar bir çoxlarının təsəvvür etdiyi kimi təhlükəsizlik baxımından elə də etibarlı deyil. Bununla belə, banklarla yanaşı incəsənət muzeyləri və bank olmayan maliyyə təşkilatları da cinayətkarların diqqət mərkəzindədir.

Banker.az ən məşhur və qeyri-adi bank qarətlərini təqdim edir.

Knightsbridge bankı, London, 1987-ci il

Dünyanın ən nəhəng bank qarətlərindən biri cəmi iki nəfər tərəfindən həyata keçirilib. 12 iyul 1987-ci ildə iki naməlum şəxs guya öz bank hücrələrini yoxlamaq adı ilə banka daxil olur. Bank mühafizəçisi belə müştərilərə diqqətsiz yanaşdığı üçün onlar özü ilə silah keçirə bilmişdi.

Nəticədə mühafizə zərərsizləşdirilir, cinayətkarlar isə “Depozitariya müvəqqəti olaraq bağlıdır” lövhəsi asır və ciblərini sərvət ilə doldurmağa başlayır. Təbii ki, bu obrazlı deyimdir, axı 174 milyon dolları heç cür cibə yerləşdirmək mümkün deyil.

Braziliya Mərkəzi bankı, Fortaleza şəhəri, 2005-ci il

Bu zaman qarətçilər 69 milyon dollardan çox pul apara bilmişdi. Qarət qazıntı sayəsində mümkün olub. Qarətçilər bankın yanında yerləşən evi kirayəyə götürür və buradan tunel qazmağa başlayır. Onlar əsl professional idilər. Belə ki, oğrular tuneldə lazımi ventilyasiya qurur və işıq da çəkirlər.

Cinayətkarlar bir həftə sonu ərzində 69 milyon dollar varlanır. Onlar bu zaman təqribən 3,5 ton dəyərli vəsait oğurlamışdı.

İngiltərə bankı, Kent, 2006-cı il

Polis paltarı geymiş təşəbbüskar cinayətkarlar bu bankın menecerinin avtomobilini saxlayır, onun həyat yoldaşının və oğlunun oğurlandığını, hazırda girov olduqlarını deyir. Təbii ki, menecer cinayətkarlara aldanır və birlikdə banka gəlirlər. Və heç kimin xəbəri olmadan təqribən 92,5 milyon dollar oğurlanır.

Banco de Andalucía, İspaniya, 1982-ci il

İki oğlan və bir qızdan ibarət üç gənc qarətçi Marbella şəhərinin otelində otaq icarəyə götürür. Otağın divari Banco de Andalucía bankının depozitariyasının divarına qonşu idi. Onlar nə etdi? Doğrudur, otelin divarı və bankın depozitariyası uçurulur və 15 milyon dollardan çox vəsait oğurlanır.

Belfastda Northern Bank (Şimali İrlandiya), 2004-cü il

19 dekabr 2004-cü ildə üç nəfər bank işçisinin evinə daxil olur. Cinayətkarlar onu sorğu-sual edərək bank direktorunun harada yaşadığını öyrənərək ora yollanırlar. Bank işçisinin və direktorun ailəsini girov götürən cinayətkarlar növbəti gün bankirləri depozitariyanı açmağa məcbur edir və 26,5 milyon funt sterlinq (50 milyon dollar) oğurlayır.

Makedoniyada Pro-Credit Bank, 2009-cu il

Makedoniyada Pro-Credit Bank bankının qarət edilməsi zamanı cinayətkarlar 5 nəfəri yaralamışdı. İnsident Skopya şəhərinin mərkəzində baş verib. Silahlanmış maskalı cinayətkarlar Pro-Credit Bankın filialına daxil olur və təqribən 50 min avro oğurlayır. Bankdan çıxan qarətçilər polislərə atəş açır və hüquq-mühafizə orqanlarının iki əməkdaşını yaralayır. Bundan əlavə, yaralılar sırasında iki bank əməkdaşı, həmçinin avtobusla bankın yanından keçən bir qadın olur. “İsti izlər” əsasında cinayətkarların heç birini tutmaq mümkün olmur.

Son xəbərlər
Digər xəbərlər