8 C
Baku
Friday, March 29, 2024

Ən ucuz kredit: Dünyada ilk dəfə Danimarka 0% ilə 20 illik ipoteka krediti verib

Danimarkada ipoteka kreditləri üzrə faiz dərəcələri tarixi minimuma düşüb. Dünyada ilk dəfə olaraq yerli banklardan biri “Nordea Bank Abp”, müştərilərinə 0% ilə 20 illik ipoteka kreditlərini verməyə başlayıb.

Qeyd edək ki, daha əvvəl Danimarkanın “Realkredit Danmark” bankı ipoteka krediti üzrə faiz dərəcəsini 0,5%-ə qədər endirmək niyyətində olduğunu bildirmişdir. Gələcəkdə faiz dərəcələrinin -0,5%-ə qədər aşağı salınması planlaşdırılır.

Banker.az xəbər verir ki, bu gün Danimarka Mərkəzi Bankının kreditləşmə üzrə müəyyən etdiyi faiz dərəcəsi 0,05% təşkil edir.  

“Bu, ipoteka krediti tarixində yeni fəslin başlanğıcıdır. Bir neçə ay bundan əvvəl bir düşünürdük ki, belə bir şey mümkünsüzdür”, – “Jyske Bank”-ın iqtisadçısı qeyd edir.

Bir sıra mütəxəssislərin fikrincə, faiz dərəcələrinin aşağı salınması gələcəkdə yaşayış yerləri sahəsində “köpüyün” əmələ gəlməsinə səbəb ola bilər. 

Digər tərəfdən, Mərkəzi Bankın depozitlər üzrə müəyyən etdiyi faiz dərəcəsi -0,65% təşkil edir. Bankın verdiyi məlumata görə, danimarkalılar banklarda 921 milyard kron qoyublar (130 milyard dollar), bu məbləğin 55% isə 0% ilə yatırılmış əmanətdir.

Son xəbərlər
Digər xəbərlər