Azərbaycanda elektromobillərə tələbat azalır: Əsas səbəblər açıqlandı

“2026-cı ilin yanvarın 1-dən elektriklə işləyən avtomobillərə tətbiq olunan 18 faizlik güzəşt ləğv edilib. Bu da bazarda əvvəlki aktivliyin azalmasına təsir göstərən əsas amillərdən biridir”.

Bu barədə iqtisadçı Emin Qəribli məlumat verib.

Onun sözlərinə görə, alıcıların elektrik avtomobillərinə marağının azalmasına təkcə vergi dəyişikliyi deyil, həm də istifadə zamanı yaranan praktik çətinliklər təsir edir.

“Elektrik avtomobillərinin səmərəliliyi hər zaman gözlənilən kimi olmur. Xüsusilə uzun məsafələrdə, yay və qış aylarında vəd edilən yürüş məsafəsini qət etmək mümkün olmur. Buna görə də insanlar daha çox hibrid avtomobillərə üstünlük verirlər”, – deyə Emin Qəribli bildirib.

İqtisadçı hesab edir ki, elektrikdoldurma infrastrukturunun kifayət qədər inkişaf etməməsi də bazara mənfi təsir göstərən amillərdəndir.

“Elektrikdoldurma məntəqələrinin sayının artırılmasına ehtiyac var. Bəzi insanlar avtomobillərini hətta ev şəraitində də rahat şəkildə elektrikdoldurma edə bilmirlər. Bu da elektrik avtomobillərinə tələbatın azalmasına təsir göstərir”, – deyə o əlavə edib.

MənbəBAKU.WS
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər