Müxtəlif matrislərin laboratoriya sınaqları üzrə ixtisaslaşan “DispleyMate” ən yaxşı displeyi olan smartfon olaraq iPhone 14 Pro Max-ı seçib. Mütəxəssislər ekranın parlaqlığını və istənilən işıq şəraitində yüksək kontrastı saxlamaq qabiliyyətini yüksək qiymətləndiriblər. Xatırladaq ki, iPhone 14 Pro və Pro Max Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən hazırlanmış displeylərdən istifadə edir.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
iPhone 14 Pro və Pro Max smartfonlarının “Samsung” istehsalı olan displeylərdən istifadə etməsi səbəbindən mütəxəssislər Cənubi Koreya şirkətinin yeni flaqmanı Galaxy S23 Ultra-nın yaxın gələcəkdə onların reytinqinin yeni lideri ola biləcəyini hesab edirlər.
Qeyd edək ki, iPhone 14 Pro Max-dan qabaq reytinqdə birinci yeri iPhone 13 Pro Max tutub.
“Apple” sentyabrın 7-də keçirilən təqdimatda iPhone 14 smartfonlarının yeni xəttini təqdim edib. Smartfonlarla yanaşı, şirkət yeni ağıllı saatlar nümayiş etdirib, həmçinin “AirPods Pro” simsiz qulaqlıqlarını yeniləyib.