10 C
Baku
Friday, December 13, 2024

Ərəb ölkələri Qətərə qarşı tələbləri yumşaldır

Banker.az xəbər verir ki, başda Səudiyyə Ərəbistanı da olmaqla Qətərə qarşı baykot elan etmiş dörd ərəb ölkəsi artıq onlar tərəfindən irəli sürülən 13 şərtin Qətər tərəfindən yerinə yetirilməsinə təkid etmirlər.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirdən olan diplomatlar BMT-də jurnalistlərə bildiriblər ki, indi onlar 6 ümumi prinsip ilə kifayətlənməyə hazırdırlar. Qətər isə öz növbəsində hələ ki, bu məsələyə şərh bildirməyib.

Qeyd edək ki, Qətər öz suverenliyinə təhlükə doğuran və yaxud beynəlxalq hüququ pozan istənilən tələbi qəbul etməkdən imtina edir. Ölkə həmçinin qonşu dövlətlərin ona qarşı irəli sürülmüş blokadasını da mühakimə edir.

Xatırladaq ki, iyun ayında BƏƏ, Misir, Səudiyyə Ərəbistanı və Liviya da daxil olmaqla bir neçə ərəb ölkəsi Qətəri terrorizmi maliyyələşdirməkdə ittiham edərək ölkə ilə əməkdaşlıqlarını dayandırmışdı.

Son xəbərlər
Digər xəbərlər