10 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan: “Əsas hədəfimiz Avropa İttifaqına tam hüquqlu üzv olmaqdır”

“Min ildir ortaq coğrafiyanı paylaşırıq, eyni mədəniyyətin hövzəsindən bəslənirik. Türk tarixini Avropasız oxumaq mümkün olmadığı kimi Avropa tarixini də Türkiyəsiz anlamaq mümkün deyil”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin Ankaradakı səfirləri ilə görüşdə deyib.

“Millət olaraq gələcəyimizi Avropa ilə birgə təsəvvür edirik. Bu mənada 60 ilə yaxındır Avropa İttifaqının tam üzvü olmaq üçün mübarizə aparırıq. Bu prosesdə qarşılaşdığımız ikili standartlar və haqsızlıqlara baxmayaraq, əsas hədəfimiz olan tam üzvlükdən heç vaxt vaz keçməmişik”, – o vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər