6 C
Baku
Sunday, December 15, 2024

Ərdoğan azərbaycanlı professora vəzifə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı professor Aygün Attara  vəzifə verib.   

Anadolu Agentliyinə istinadən xəbər verilir ki, Giresun universitetinin sabiq rektoru olan A.Attar Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib.

Qeyd edək ki, Attar 2019-cu ildə Türkiyə Azərbaycan  Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib.

Xatırladaq ki, ötən ilin oktyabrında Türkiyə Prezidenti Ərdoğan professor Aygün Attarı və “Star” qəzetinin köşə yazarı Sevil Nuriyevanı Qarabağ məsələsi ilə bağlı qəbul etmişdi.

Son xəbərlər
Digər xəbərlər