18 C
Baku
Thursday, May 16, 2024

Ərdoğan bu gün hökumətlə “taxıl məsələsini” müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hökumətlə taxıl probleminin həlli üçün “yol xəritəsi”ni müzakirə edəcək.

Bu barədə TRT Haber məlumat yayıb.

“Xarici siyasət də Nazirlər Kabinetinin iclasının gündəmindəki mühüm maddələr arasındadır. Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan taxıl böhranının həlli üçün diplomatik təmaslar yüksək qiymətləndiriləcək. Bununla bağlı izləniləcək “yol xəritəsi” nəzərdən keçiriləcək”, – TRT Haber xəbər verib.

Bundan əvvəl İstanbulda Türkiyə, Rusiya, Ukrayna hərbi nümayəndə heyətləri ilə BMT nümayəndələri arasında “taxıl məsələsi”nin həlli ilə bağlı danışıqlar aparılıb. Nəticədə Türkiyənin müdafiə naziri Hulusi Akar İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılığın əldə olunduğunu, bu həftə Ukrayna və Rusiya nümayəndə heyətlərinin “taxıl məsələsi”ni müzakirə etmək üçün yenidən Türkiyədə görüşəcəyini bildirib.

Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT nümayəndə heyətlərinin “taxıl məsələsi” üzrə növbəti görüşü iyulun 20-21-də keçiriləcək. Qara dənizdə – Ukrayna suları yaxınlığında gəmilərin yoxlanılması üçün təhlükəsizlik zonasının yaradılmasını nəzərdə tutur. Gəmilərə nəzarətin Türkiyə və BMT tərəfindən birgə həyata keçirilməsi planlaşdırılır.

BMT dəfələrlə taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsini bəyan edib, Qərb Rusiyanı dünya bazarlarına Ukrayna taxılının tədarükünə qarşı çıxmaqda ittiham edib, Moskva bu cür ittihamları qəti şəkildə rədd edib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər