“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə dialoq və təmasdayıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib.
“Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”, – dövlət başçısı vurğulayıb.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyası aparmaqla onun məsələlərə münasibətini öyrənəcək.