Ərdoğan zəlzələ bölgəsinə gedib – Yenilənib

15:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətində səfərdədir.

Dövlət başçısı təbii fəlakətin baş verdiyi ərazilərə baş çəkib.

R.T.Ərdoğan axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub.

Dövlət başçısına son vəziyyət barədə məlumat verilib.

***

13:38

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-sı güclü zəlzələnin baş verdiyi Kahramanmaraş şəhərinə səfər edib.

Ərdoğanın təyyarəsi bu dəqiqələrdə şəhərdə eniş edib.

***

11:29

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin mərkəzi olan Kahramanmaraş vilayətinə yola düşüb.

Bu barədə “Anadolu” məlumat yayıb.

***

10:54

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşa gedəcək.

Bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti daha sonra Kahramanmaraşın Pazarcık rayonuna gedəcək.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər