Türkiyə lideri “Qafqazda uzunmüddətli sülhün” şərtini açıqlayıb.
Bu haqqda məlumatı Banker.az Türkiyə KİV-inə istinadən verir.
Şərt isə ondan ibarətdir ki, bu regiona sülh yalnız Azərbaycanın zəbt olunmuş torpaqları işğaldan azad olunduqdan sonra mümkündür. Türkiyə lideri həmçinin Dağlıq Qarabağın işğal olunmasını dananları ikiüzlülükdə günahlandırıb.