1 C
Baku
Saturday, December 14, 2024

Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb

“İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İlk öncə azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, – dövlət başçısı vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər