Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Schneider Energy”də Həmkarlar İttifaqının verdiyi tətil qərarını milli təhlükəsizliyi pozan xarakter daşıdığı üçün 60 gün təxirə salıb.
Banker.az xəbər verir ki, Prezidentin qərarı Rəsmi Qəzetdə dərc olunub. Sözügedən qərar 6356 saylı “Həmkarlar ittifaqları və kollektiv müqavilələr haqqında” qanunun 63-cü maddəsinə əsasən qəbul edilib.
Qeyd edək ki, Kocaelinin Çayırova ərazisindəki “Schneider Energy” fabrikindəki işçilər açıqlamışdılar ki, 23 yanvar saat 10:00-dan etibarən tətil başladacaqlar. Səbəb isə kollektiv danışıqlarda razılığa gələ bilməmək olub.