10 C
Baku
Wednesday, December 11, 2024

Ərdoğan: “Suriya böhranını biz yaratmadıq, bütün yükünü də biz çəkə bilmərik”

“Türkiyə 3,7 milyon suriyalı qardaş və bacılarımıza ev sahibliyi edir. Bu böhranı biz yaratmadıq, bütün yükünü də biz çəkə bilmərik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.

O, bildirib ki, PKK, PYD, YPG terroru hamının ortaq problemidir:

“Suriyanın ərazi bütövlüyünə ən böyük maneə terrordur. Fərat çayının şərqində terror aktları davam edir. Qarşıdakı dövrlərdə də qanlı terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik. Xüsusilə ümid edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar Suriyadakı siyasi keçid prosesinə kömək edəcək”, – deyə Ərdoğan bəyan edib.

Türkiyə lideri Astana prosesi çərçivəsindəki tərəfdaşlardan Suriyada sabitliyə nail olmaq üçün dəstək gözlədiyini qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər