10 C
Baku
Thursday, December 12, 2024

Ərdoğan: “Türkiyə Ukraynanın dağılmış infrastrukturunu bərpa edəcək”

“Türkiyə Ukraynanın münaqişə nəticəsində dağılmış infrastrukturunu bərpa edəcək”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Lvov şəhərindən qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, strateji tərəfdaşları Ukrayna ilə bütün sahələrdə əməkdaşlığı daha da gücləndirmək barədə razılığa gəlinib.

“Səfər zamanı Türkiyənin Ticarət Nazirliyi ilə Ukraynanın İnfrastruktur Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Buna əsasən, biz münaqişə nəticəsində dağılmış infrastrukturu bərpa edəcəyik”, – deyə Türkiyə lideri vurğulayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər