“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

“PAŞA Bank”ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb.

Banker.az xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zamanı bildirilib.

Azərbaycanda özəl bank sektorunda ilk dəfə həyata keçirilən IPO-da 17 960 unikal investor iştirak edib.

IPO üzrə ümumi abunəlik məbləği 66,3 milyon manat, faktiki yerləşdirmə məbləği isə 51,3 milyon manat təşkil edib. Bununla da IPO üzrə abunəlik səviyyəsi 129% olub.

Beləliklə, təklif olunan səhmlərin həcmindən 15 milyon manat daha çox sifariş daxil olub.

Qeyd edək ki, IPO çərçivəsində “PAŞA Bank”ın səhmlərinin 5%-i kütləvi təklif edilib. Bir səhmin təklif qiyməti 55 manat müəyyənləşdirilmişdi.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər