Dünya bazarları cümə günü 2 trilyon dollarlıq “üçqat cadugərlik” gününə hazırlaşır

Dünya maliyyə bazarları “üçqat cadugərlik” adlandırılan mühüm ticarət gününə hazırlaşır. Cümə günü səhmlərlə əlaqəli törəmə alətlərin, indeks opsionlarının və fyuçerslərin müddəti eyni vaxtda başa çatır.

Bloomberg yazır ki, bu gün ümumi nominal dəyəri 2 trilyon dollardan çox olan müqavilələrin müddəti bitir. Tarixi məlumatlar göstərir ki, belə üçqat ekspirasiyanın baş verdiyi günlərdə S&P 500 indeksinin sessiyanı mənfi zonada başa vurması ehtimalı orta göstəricidən yüksək olur.

Agentliyin istinad etdiyi ekspertlərin fikrincə, məhz yaxınlaşan ekspirasiyanın özü cümə axşamı alıcı fəallığını artırmış ola bilər. Görünür, “öküzlər” bugünkü hadisə ərəfəsində kotirovkaları əsas texniki səviyyələrə yaxınlaşdırmağa və özləri üçün daha əlverişli mövqelər formalaşdırmağa çalışıblar.

Bu gün bazarda izləniləcək əsas məsələ isə rallinin ekspirasiyadan sonra da davam edib-etməyəcəyidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər